"Real Madrid"in 20 yaşlı ulduzu Cud Bellingem İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilən matçda - "Vilyarreal"la oyunda (4:1) zədələnən "Barselona"lı müdafiəçi David Alabanı dəstəkləyib.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin üzvü şəxsi "X" hesabında belə bir paylaşım edib:
"Seni sevirəm, qardaş. Tez sağal".
Xatırladaq ki, Alabanın xaçvari diz bağları qopub. Avstriyalı futbolçu yaxın günlərdə əməliyyat ediləcək.
Alaba cari mövsüm xaçvari diz bağları qopan 3-cü "Real"lı olub. Daha öncə qapıçı Tibo Kurtua və müdafiəçi Eder Militao da eyni səbəbdən sıradan çıxıblar.