UEFA "Qəbələ" klubuna 30 min avro ödəniş edib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məbləğ "qırmızı-qaralar"ın U-19 komandasının UEFA Gənclər Liqasında iştirakı ilə əlaqədar verilib.
Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə “Qəbələ” klubunun hesabına köçürülüb.