"İnter" dördüncü transferini reallaşdırır. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze bu dəfə hücum xəttini gücləndirir.
Belə ki, "İnter" "Neftçi"dən ayrılan Bahodir Nasimovla müqavilə bağlayır. 27 yaşlı hücumçu iyunun 7-də “İnter”in Türkiyədəki hazırlıqlarına qoşulub. Artıq tibbi müayinədən də uğurla keçən özbəklə 1 illik müqavilə müqavilə bağlanacaq.
Qeyd edək ki, Nasimov 2010/11 mövsümündən "Neftçi"də çıxış edir. Bu müddətdə 103 oyuna çıxan forvard 41 qol vurub. 3 dəfə Azərbaycan çempionu (2010/11, 2011/12, 2012/13), 2 dəfə ölkə kubokunun sahibi (2012/13, 2013/14) olan özbək futbolçu 2011/12 mövsümündə 16 qolla Premyer Liqanın bombardiri olub.
Onu da qeyd edək ki, "İnter" bundan əvvəl "Bakı"dan Elvin Məmmədovu, "Sumqayıt"dan isə Məhəmməd Mirzəbəyovla Mirzağa Hüseynpuru heyətinə qatıb.
Fanat.az