Türkiyənin cari mövsüm qeyri-sabit təsir bağışlayan "Beşiktaş" klubu qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az "Karar"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Lill"də çıxış edən təcrübəli yarımmüdafiəçi Yusuf Yazıcını heyətinə qatmaq üçün hərəkətə keçib.
Mənbə bildirir ki, Yusuf karyerasını yenidən Türkiyədə davam etdirməyə müsbət yanaşır.
Qeyd edək ki, Yusuf bu mövsüm Fransa təmsilçisi ilə 21 rəsmi matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov