"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi postundan qovulacağı deyilən Xavinin gələcəyi ilə bağlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Barça Universal" Laportanın sözlərini belə çatdırıb:
"Biz Xaviyə tam şəkildə güvənirik".
Hazırda 35 xalı olan "Barselona" La Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub. Xavinin komandası lider "Jurona"dan 9 xal geri qalır.