10:43 19.12.2023 563

“Zirə”, “Neftçi” və “Sabah” xalsız qaldı  – Tura baxış

Misli Premyer Liqasının XVII turunda bir-birindən maraqlı nəticələr qeydə alındı. “Neftçi”nin “Qarabağ”la oyunda meydanı başıaşağı tərk edəcəyi gözlənilən idisə, “Sabah”ın “Araz Naxçıvan”a “Zirə”nin isə “Turan Tovuz”a uduzması turun sürprizlərindən sayıla bilər.

"Kəpəz" - "Sumqayıt" 1:1 
Qollar:
Georgi Papunaşvili,43 - Roi Kehat, 20
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 26. Adama Niane, 91. Latir Fall, 24. Olavale Onanuqa.
Baş məşqçi: Adil Şükürov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Bu tur güzəştsiz mübarizənin getdiyini göstərən daha bir məqam o oldu ki, cəmi bir heç-heçə qeydə alındı. Özü də ilk turda. Rəqibini Tovuzda qəbul edən “Kəpəz” “Sumqayıt”la oyunda aktivinə 1 xal yazmağı bacardı. Qonaqların hesabı açan tərəf olduğunu nəzərə alanda gəncəlilərin əzmkarlıqla məğlubiyyətdən qaçmağı bacardıqlarını da qeyd etməliyik. Kehat 20-ci dəqiqədə “Sumqayıt”ı hesabda önə çıxarsa da, “Kəpəz” fasilə ərəfəsində hesabı bərabərləşdirməyi bacardı. Komandanın gürcüstanlı legioneri Papunaşvili 43-cü dəqiqədə “Kəpəz”i məğlubiyyətdən xilas etdi.
Xalını 14-ə çatdıran “Kəpəz” 9-cu sıradakı yerini qorumağı bacardı. “Sumqayıt” isə 24 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır.

“Səbail” – “Qəbələ” 3:0 
Qollar:
Yadin Luqasi, 18. İlkin Qırtımov, 52-öz qapısına. Aleksandr Ramalinqom, 60-pen.   
Qırmızı vərəqə: Samuel Tetteh, 35
“Səbail”: 12. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov
Baş məşqçi: Şahin Diniyev
“Qəbələ”: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov. 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 17. Yaovi Akakpo, 10. Omar Hani
Baş məşqçi: Elmar Baxşıyev

35-ci dəqiqədən azlıqda qalan “Qəbələ” Bayılda növbəti məğlubiyyətini aldı. Düzdür, artıq buna qədər “Səbail” hesabı açmışdı. Luqasi 18-ci dəqiqədə “dənizçilər”i önə keçirmişdi. Bununla belə “Qəbələ” məğlubiyyətdən qaçmaq, cavab qolu vurmaq üçün cəhdlər edirdi. Amma azlıqda qalandan sonra bunu etmək bir qədər də çətinləşdi. Nəticədə “Səbail” elə “Qəbələ”nin futbolçularının da yardımı ilə 3:0 hesablı qələbə qazandı. Özü də bu işdə “dənizçilər”ə qonaq komandanın futbolçuları da “yardım etdi”. Əvvəlcə İlkin Qırtımov topu öz qapısına vurdu. Çox keçmədən isə meydan sahibləri penaltidən hesabı 3:0-a çatdırdı.
Qələbə qazanan “Səbail” xalını 26-a çatdırdı. Şahin Diniyevin çalışdırdığı komanda 3-cü sıradadır. 11 xalı “Qəbələ” isə sonuncu pillədən qurtula bilmir.

“Araz-Naxçıvan” – “Sabah” 2:0 
Qollar:
Bojan Letiç, 39-öz qapısına. Turan Manafov, 71
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 42. Kadiri Mohammed
Baş məşqçi: Azər Bağırov
“Sabah”: 1. Yusif İmanov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 12. Vinsent Til
Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 53. Fəxri Məmmədli, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris
Baş məşqçi: Murad Musayev

“Dalğa Arena”da keçirilən qarşılaşmanı izləyənlər iki gözəl qola şahidlik etdi. Bu qollardan birini “Sabah”ın müdafiəçisi Bojan Letiç öz qapısına vurdu. Legioner futbolçu 39-cu dəqiqədə hesabı açdı. Özü də onun zərbəsi o qədər qüvvətli alındı ki, izləyənlər Letiçin rəqib qapını “nişan aldığını” düşündü. Turan Manafovun 71-ci dəqiqədə vurduğu qol isə daha baxımlı idi və sözsüz ki, bu qol ayın ən yaxşısı adına namizəd göstəriləcək. “Sabah” bu qollardan heç birinə cavab verə bilməyincə 0:2 hesablı yenilgiylə barışmalı oldu. 
Ağır məğlubiyyət Masazır təmsilçinin böhranda olduğunun əyani sübutudur. Aktivində cəmi 22 xal olan “Sabah” liderlər qrupundan xeyli uzaqda, 7-ci pillədədir. 26 xallı “Araz Naxçıvan” isə “ilk üçlük”də yer almağa can atır.

“Turan Tovuz” – “Zirə” 1:0
Qol:
Fərid Nəbiyev, 76.
“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 9. Belajdi Pusi, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato
44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov

“Turan Tovuz” “Zirə”ni “öz silahı”yla vurdu. Müdafiədə etibarlı oynayan qərb təmsilçisi əlinə düşən fürsəti lazımınca dəyərləndirərək minimal hesablı qələbəyə sevindi. Bu qalibiyyət tovuzlu azarkeşlərin də ürəyincə oldu. Onları sevindirən qola Fərid Nəbiyev 76-cı dəqiqədə imza atdı. Qonaqlar bir neçə epizodda “Turan Tovuz”a cavab vermək imkanı qazansalar da, kəsərsiz hücumlar və sonuncu zərbələrin bitirici olmaması səbəbindən bunu bacarmaq mümkün olmadı. Nəticədə “Zirə” Tovuz səfərindən xalsız qayıtdı.
Bu isə o demək idi ki, “Zirə” lider “Qarabağ”dan 9 xal geri düşdü. Artıq “Səbail” və “Araz Naxçıvan”ı da “Zirə”dən cəmi 3 xal ayırır. Deməli, ikinci pillə də “Zirə” üçün rahat dayanacaq sayılmamalıdır. 19 xallı “Turan Tovuz” isə hələ də 8 pillədən yuxarı qalxmağı bacarmır.

“Qarabağ”– “Neftçi” 2:0
Qollar:
Yassin Benzya, 70. Hamidu Keyta, 90+2.
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 28. Turan Vəlizadə, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.

Turun son oyununda “Qarabağ” “Neftçi”ni Respublika stadionunda xalsız yola saldı. Hərgah ki, Avropa Liqasında həftəiçi oyun keçirən “Qarabağ”ın yorğunluqdan və qələbə eyforiyasından əziyyət çəkəcəyini düşünənlər var idi. “Köhlən atlar” ikinci hissədə səviyyə fərqini ortaya qoymağı bacardılar. Əvvəlcə Benzya “Neftçi” azarkeşlərini və gənc qapıçı Rza Cəfərovu məyus etdi. Oyuna əlavə edilmiş dəqiqələrdə isə Keyta “Qarabağ”ın üstünlüyünü artırdı.
2:0 hesabıyla rahat qələbə qazanan “Qarabağ” onu da sübut etdi ki, bu mövsüm də çempionluğa ən real namizəd elə özüdür. Xal ehtiyatını 38-ə çatdıran “köhlən atlar” turnir cədvəlinə inamla liderlik edir, ən yaxın rəqibi “Zirə”nin 9 xal qabaqlayır. “Neftçi” isə 25 xalla 5-ci sırada qərarlaşıb.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X