Argentinanın "River Pleyt" klubunun 17 yaşlı yarımmüdafiəçisi Klaudio Eçeverrini sıralarına cəlb etmək istəyən Avropa nəhənglərinin sayı artır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Barselona"nın böyük məbləğ qarşılığında (25 milyon avrodan çox) heyətə qatmağa hazır olduğu vunderkindin xidmətində "Mançester Siti" və "Çelsi" də maraqlıdır. Mənbə artıq İngiltərə təmsilçilərinin də "River Pleyt"lə danışıqlara başladıqlarını vurğulayıb.
Cari mövsüm "River Pleyt"in əsas komandasında 5 oyuna çıxan Eçeverri 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti gələn ilin dekabrına qədər nəzərdə tutulub.
Nihat