"Napoli"nin prezidenti Aurelio De Laurentis Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona"ya rəqib olmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Tuttomercatoweb" onun dediklərini belə çatdırıb:
"Çox razıyam. "Barselona" da "Napoli" kimi layiqli komandadır".
1/8 finalın ilk oyunları 2024-cü ilin 13, 14, 20 və 21 fevral, cavab qarşılaşmaları isə 5,6,12 və 13 mart tarixlərində keçiriləcək.