İspaniya La Liqasının sürpriz lideri “Jirona” təəccübləndirməkdə davam edir.
Fanat.Az xəbər verir ki, kataloniyalılar növbəti oyununda "Alaves"i darmadağın edib (3:0).
"Optasports"un hesablamasına görə, "Jirona" ölkənin ən titullu klublarının nailiyyətini təkrarlayıb.
Sözügedən komanda 16 turdan sonra 41 xal toplayıb ki, əvvəllər bu göstəriciyə yalnız üç nəhəng - "Real Madrid", "Barselona" və "Atletiko Madrid" nail olub.
“Jirona” hazırda ən yaxın izləyicisindən iki xal fərqi ilə liderdir.
Mirağa