Çempionlar Liqasının 1/8 finalında İtaliya təmsilçisi "Latsio" ilə qarşılaşacaq "Bayern Münhen"in bu ölkədən olan rəqiblərinə qarşı uğurlu seriyaya malikdir.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, Almaniya nəhəngi İtaliya klublarına son 12 ÇL matçında uduzmayıb.
Münhenlilər bu qarşılaşmaların 10-da qələbə qazanıb, 2 görüş isə bərabərliklə bitib.
1/8 finalın ilk oyunları 2024-cü ilin 13, 14, 20 və 21 fevral, cavab qarşılaşmaları isə 5,6,12 və 13 mart tarixlərində keçiriləcək.