Londonun "Çelsi" klubu "Arsenal"ı tərk etmək istəyən qapıçı Aaaron Ramsdeyli transfer etməyəcək.
Fanat.Az xəbər verir ki, adı "zadəganlar"la hallanan qapıçının keçidindən imtina olunduğu barədə informasiyanı "Evening Standard" yayıb.
Mənbənin məlumatına görə, rəhbərlik zədəli Robert Sançesi əvəz edəcək qapıçı mövqeyində Georgi Petroviçə daha çox şans vermək qərarına gəlib.
Petroviç bu mövsüm "Çelsi"nin heyətində cəmi iki oyun keçirib və bir qol buraxıb.
Beləliklə, "Çelsi"nin transfer pəncərəsində prioriteti forvard alışı olacaq. Əsas namizədlər Viktor Osimhen ("Napoli) və İvan Toneydir ("Brentford").
Mirağa