"Arsenal" rəhbərliyi "Brentford"un forvardı Toni Ayvanın transferi alınmayacağı təqdirdə, hansı hücumçunun heyətə qatılacağı ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Star" yayıb.
Xəbərə görə, bu, "Bornmut"un hücumçusu Dominik Solankedir.
Solanke cari mövsüm bütün turnirlərdə 19 matça çıxaraq 9 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Onun "Bornmut"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Dominikin transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.