"Roma"nın baş məşqçisi Joze Mourinyu İngiltərə Premyer Liqasında çempionluq yarışını şərh edib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" portuqaliyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Mən "Mançester Siti"nin çempionluq şanslarını 51, "Liverpul"unkunu isə 49 fazi dəyərləndirərdim. "Arsenal"? Rəqabəti bir kənara qoyuram, düzünü desəm, onların qalib gəlməsini istərdim. Əlbəttə, "Çelsi" və "Mançester Yunayted" qalib gəlməyəcək. İddialı üç komandaya gəlincə, “Arsenal” çempion olsaydı, sevinərdim. Trendi pozsalar, əla olam. Amma “Mançester Siti”nin iki heyəti var”.
Qeyd edək ki, 17 turdan sonra "Arsenal" Premyer Liqanın turnir cədvəlinin zirvəsindədir. "Topçular"ın 39 xalı var. "Liverpul" 38 xalla ikinci, "Aston Villa" üçüncü yerdədi. İlk "dördlüy"ü 34 xalla “Mançester Siti” qapayır.
Mirağa