"Mançester Siti" rəhbərliyi dayaq yarımmüdafiəçisi Kalvin Filipslə bağlı yekun qərarını verib.
Fanat.Az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, İngiltərə nəhəngi "Yuventus"un icarəyə götürmək istədiyi oyunçunu İtaliya təmsilçisinə buraxmağa razıdır.
Mənbə gələn ilin yayında keçiriləcək Avropa çempionatında İngiltərə yığmasının heyətində olmağı hədəfləyən Filipsin oyun praktikasından əziyyət çəkəməmək üçün Turin klubuna keçməyə can atdığını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm MS forması ilə bütün turnirlərdə 10 matça çıxan Kalvin 1 qol vurub. O, ümumilikdə 306 dəqiqə meydanda olub.