"Bayern Münhen"in direktorlar şurasının üzvü Uli Höness Bundesliqadakı çempionluq yarışının nəticəsi ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Höness "Servus TV"-yə açıqlamasında belə deyib:
“Düşünürəm ki, "Bayer Leverkuzen" çox ciddi qəbul edilməli olan rəqibdir. “Leyptsiq”in də hələ şansı var. "Ştutqart"dan da nəsə gözləmək olar. "Borussiya Dortmund"un çempionluq uğrunda mübarizə apara bilməsi çətin görünür. İstənilən halda, belə rəqiblərlə mübarizədə çətin ki, apreldə titulu qeyd edə bilək. Bu isə alman futbolu üçün pis deyil”.
Xatırladaq ki, hazırda "Bayer Leverkuzen" “Bayern Münhen”i 4 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Eyni zamanda, Münhen klubunun ehtiyatda bir matçı var.
Mirağa