"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 finalında üz-üzə gələcəkləri "İnter"lə oyunlar barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Inter Xtra" onun dediklərini belə çatdırıb:
"İnter"lə qarşılaşmalar insanlara bir qədər darıxdırıcı gələ bilər. Bu, eyni səviyyəyə malik, topsuz da özünü əla hissə edən iki komandanın mübarizəsi olacaq. Bizim üçün əla matçlardır, amma ola bilsin ki, azarkeşlər fərqli düşünəcəklər".
Xatırladaq ki, tərəflərin ilk dueli fevralın 13-də Milanda, cavab qarşılaşması isə martın 5-də Madriddə keçiriləcək.