Bu ilin yanvarında Donetsk "şaxtyor"undan "Çelsi"yə transfer olunan Mixail Mudrikin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
Fanat.Az xəbər verir ki, "Transfermarkt" portalı bu oyunçunun transfer qiymətini "zadəganlar"a qoşulmamışdan öncə 60 milyon avro ilə dəyərləndirirdisə, ukraynalının indiki təxmini bazar qiyməti 40 milyon avrodur.
Bu isə o deməkdir ki, Mudrik təxminən 33 faiz ucuzlaşıb.
Cari mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə 16 matça çıxan Mixail 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.