“Atletiko Mineyro"da çıxış edən Halk şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu 12 illik keçmiş həyat yoldaşı İran Ancelonun qardaşı qızı Kamila Ancelodan ikinci dəfə ata olmaq şansı əldə edib.
Mənbə bildirir ki, cütlük bu vaxta qədər hamiləliyi gizli saxlayıb.
Qeyd edək ki, Halkın İran Ancelo ilə birinci nikahından da üç övladı var.
Nahid Məmmədov