"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandasının İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinə yüksəlməsini şərh edib.
Fanat.Az xəbər verir ki, BBC argentinalı məşqçinin "Nyukasl"la oyun (1:1, penaltilərlə 4:2) barədə fikirlərini belə çatdırıb:
"Həqiqətən yaxşı oyun oldu. Buraxdığımız qolla səhv etdik. Futbolçulara dedim ki, həmişə sona qədər inansınlar. Onları tərifləməliyəm - fantastik çıxış etdilər.
Futbolda bəzən bir az bəxt lazım olur. Bu gün bəxt üzümüzə güldü.
Çox xoşbəxtik. Azarkeşlər və klub buna layiqdir. Bu, bizim üçün böyük motivasiyadır. Biz püşkatmanı gözləyirik”.
Mirağa