İspaniya La Liqasında 18-ci turu çərçivəsində keçirilən "Atletiko Madrid" - "Xetafe" matçı (3:3) meydan sahiblərinin hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, bu qarşılaşmada dubl edən Antuan Madrid təmsilçisinin forması vurduğu qolların sayını 173-ə çatdırıb və klub tarixinin ən yaxşı bombardirinə - Luis Araqonesə çatıb.
Qeyd edək ki, bəzi mənbələr Araqonesin rəsmi matçlarda 173 deyil, 154 qol vurduğunu bildirir.