İsveç millisinin sabiq futbolçusu Bo Larsson həyatla vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Desporto" yayıb.
Larsson 79 yaşında dünyasını dəyişib.
1962-1966 və 1969-1979-ci illərdə "Malmö"nün şərəfini qorumuş hücumameyilli yarımmüdafiəçi bu komandanın forması ilə 546 matça çıxaraq 289 qola imza atıb. O, 6 dəfə ölkə çempionu olub.