"Mançester Siti"nin yarımmüdafiəçisi Kelvin Fillipsin karyerasını İspaniya çempionatında davam etdirmək imkanı var.
Fanat.Az xəbər verir ki, bu barədə "Barca Universal" məlumat yayıb.
Mənbənin məlumatına görə, “Barselona” ingilis futbolçunu transfer etməkdə maraqlıdır. Kataloniya klubunun rəhbərliyi futbolçunun keçidini yanvarda reallaşdırmağı planlaşdırır. İspaniya nəhənginin futbolçu uğrunda mübarizədə əsas rəqibi uzun müddətdir “şəhərlilər”lə danışıqlar aparan “Yuventus”dur.
Fillips “Mançester Siti”nin heyətində az şans qazanır. O, bu mövsüm cəmi 7 oyun keçirib və bir qol vurub.
Mirağa