"Mançester Yunayted"in hücumçusu Markus Reşford karyerasını davam etdirmək istədiyi klubla bağlı qərar verib.
Fanat.Az “Todofichajes”-ə istinadən xəbər verir ki, ingilis forvard “Barselona”ya keçmək istəyir.
Mənbənin iddiasına görə, "Yuventus"la PSJ də onunla maraqlanır, lakin Markus yalnız katanoliyalıların təklifinə isti yanaşır. Tərəflər razılığa gələ bilsələr, müqavilə mövsümün sonunda imzalanacaq.
Reşfordun “qırmızı şeytanlar”la 2028-ci ilin yayına qədər müddətə müqaviləsi var. Onun transfer qiyməti 70 milyon avro qiymətləndirilir.
Forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 16 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa