"Barselona"nın baş məşqçisi Xavinin istefaya göndəriləcəyi bağlı informasiyalar səngimir.
Fanat.Az xəbər verir ki, "El Nacional" 43 yaşlı mütəxəssisi kimin əvəzləyə biləcəyini də açıqlayıb.
Xəbərə görə, bu, "Liverpul"un baş məşqçisi Yürgen Kloppdur. Mənbə alman çalışdırıcının Kataloniya klubunun prezidenti Joan Laporta tez-tez əlaqə saxladığını və Xavinin yerini tutmağa əsas namizəd olduğunu vurğulayıb.
17 turdan sonra 35 xalı olan "Barselona" İspaniya La Liqasının turnir cədvəlində 4-cü pillədə mövqe tutub. "Blauqrana" lider "Jirona"dan 9 xal geri qalır.