"Barselona"nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi ulduz futbolçunun klubdakı gələcəyi ilə bağlı məlumat paylaşıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo"ya istinadən xəbər verir ki, menecer klub prezidenti ilə şam yeməyində görüşərək məsələyə aydınlıq gətirdiyini bildirib:
"Əlbəttə o, qalır. Klub prezidenti Joan Laporta ilə son şam yeməyi zamanı o, polşalının klubda qaldığını dəqiq şəkildə bildirdi".
35 yaşlı Levandovski bu mövsüm La Liqada 15 matça çıxaraq 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa