“Neftçi”nin U-15 komandasının futbolçusu Nurəziz Əzizov evə buraxılıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA U-15 Liqasının 15-ci turunda, “Ulduz Mingəçevir”lə qarşılaşmada zədələnən qapıçı “Liv Bona Dea Hospital”da müalicəsini başa vurub.
Matçın 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan zərbə alan Nurəziz Əzizovun dalağı partlayıb. O, Kürdəmir Mərkəzi Xəstəxanasında əməliyyat olunub.