"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin oyununda - "Nyukasl Yunayted"lə matçda son dünya çempionu Entso Fernandesi 32-ci dəqiqədə əvəzləməsinin səbəbini deyib.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis fikirlərini klubun rəsmi saytına bölüşüb:
"Entso özü əvəzlənməsini istədi. Çünki oyundan öncə özünü yaxşı hiss etmirdi. Mədəsində problem var idi. Oynamağa cəhd etsə də, hər şey o qədər də yaxşı olmadığı üçün əvəzləmək məcburiyyətində qaldıq".
Xatırladaq ki, "Çelsi" - "Nyukasl" qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən "zadəganlar" (4:2) adını yarımfinala yazdırıb.