"Barselona"nın yarımmüdafiəçisi Pedri ciddi zədələnərək sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
21 yaşlı futbolçu səhər məşqi zamanı sağ ayağından zədə alıb və əzələlərində ağrılar hiss edib.
İlkin tibbi müayinədən sonra onun qarşıdakı iki-üç həftə ərzində komandaya kömək edə bilməyəcəyi müəyyənləşib.
Bu səbəbdən o, bu gün La Liqa çərçivəsində "Almeriya" ilə oyunu və dekabrın 22-də Dallasda Meksika "Amerika"sı ilə yoldaşlıq görüşünü buraxacaq.
Həmçinin, onun 2024-cü ilin yanvarın 4-də “Las Palmas”la keçirilməsi planlaşdırılan ilk oyunda da iştirakı sual altındadır.
Mirağa