“Qəbələ”nin futbolçusu Okan Təhməzli komanda yoldaşını vurduğu üçün cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, hadisə AFFA Gənclər Liqasında, “Zirə” ilə ev oyununda qeydə alınıb.
Qarşılaşma bitdikdən sonra komanda yoldaşını vurduğu üçün qırmızı vərəqə alan O.Təhməzli AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq diskvalifikasiya olunub.