"Qalatasaray" qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul klubu PAOK-da çıxış edən Yannis Konstantelias üçün hərəkətə keçib.
Mənbə bildirir ki, Yunanıstan komandası ilə 2027-ci ilə qədər müqaviləsi olan 20 yaşlı yarımmüdafiəçinin fasilədə komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, bu mövsüm 27 matçda meydana çıxan Konstantelias 6 qol vurub, 3 məhsuldar ötürmə edib.
Nahid Məmmədov