"Mançester Yunayted" klubu "Qalatasaray"ın hücumçusu Mauro İkardi ilə maraqlanır.
Fanat.Az "Football Transfers”ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar" yanvarda argentinalı futbolçu üçün mümkün icarə variantını nəzərdən keçirir.
Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində 25 matçda 17 qol vurub və 6 məhsuldar ötürmə edib.
Nahid Məmmədov