"Neftçi"nin yarımmüdafiəçisi Reziuan Mirzov Azərbaycan təmsilçisinə keçməmişdən öncə Türkiyə klublarından aldığı təkliflərdən danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "Çempionat"a bölüşüb:
"Mənimlə hardasa 90 nəfər əlaqə saxladı, müxtəlif variantlar təklif edildi. Çoxu Türkiyədən idi. Açığı, özüm də ora getmək istəyirdim. İki dəfə Türkiyəyə getməyə o qədər yaxın oldum ki, hətta çantalarımı da topladım. Amma insanlar məni aldatdılar. Söhbət "Sivasspor"la "Konyaspor"dan gedirdi. Hə, sözlərə inansaq, Türkiyə klublarının yarısına keçmək imkanım var idi. Lakin onların agentləri ilə konkret nəyəsə nail olmaq çətindir".
Qeyd edək ki, Moskva "Spartak"ının sabiq futbolçusu yayda "Neftçi" ilə müqavilə bağlayıb. 30 yaşlı oyunçu "ağ-qaralar"ın forması ilə çıxdığı 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat