Fransanın PSJ klubu müdafiəçisi Presnel Kimpembe ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən oyunçu sosial şəbəkə hesablarında paylaşım edib:
"Bu gün mənim üçün xüsusi gündür. PSJ ilə müddəti 2026-cı ilə qədər olan müqavilə imzalamaq qərarına gəldiyimi xəbər verməkdən məmnunam".
Qeyd edək ki, Kimpembe PSJ-nin öz yetirməsidir. O, 2015-ci ildən əsas komandada çıxış edir. 28 yaşlı futbolçu cari mövsüm zədə səbəbindən 1 oyuna da çıxmayıb.