"Barselona"nın baş məşqçisi Xavi İspaniya çempionatının 18-ci turunda "Almeriya" üzərində qazandıqları qələbəni (3:2) şərh edib.
Fanat.Az xəbər verir ki, AS 43 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"İlk yarıda sərgilədiyimiz oyun qəbuledilməzdir. Təzyiq və aqressivlik baxımından istədiyimizi edə bilmədik. Biz gah heyvan kimi qaçırıq, gah da bizə heç nə çatmır. 2010-cu ildəki "Barsa"mız yoxdur. Ötən mövsüm aqressiv idik və ruhumuz var idi. İndi bütün gücümüzü meydanda qoya bilmirik. Ya bütün gücümüzü səfərbər etməliyik, ya da heç nə qazanmayacağıq. Oyanmalıyıq! Futbol yoxdursa, ruh formalaşdırmalıyıq.
İndi qəzəbli deyiləm. Komandamda ruhun olmamasından şikayət etdim. Oyunçulara qarşı daha tələbkar olmalı, eyni zamanda onları qorumalıyam”.
Qeyd edək ki, 18 tura 38 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub.