“Bayer Leverkuzen” Almaniya futbol tarixində yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, Leverkuzen təmsilçisi cari mövsüm bütün turnirlərdə keçirdiyi 25 oyunda uduzmayaraq unikal nəticə reallaşdırıb.
Bundesliqanın XVI turunda “Bohum” üzərində 4:0 hesabı ilə yenən "aslanlar" mövsümün ilk 25 görüşündə məğlub olmayan ilk Almaniya komandası olub. Xabi Alonsonun çalışdırdığı kollektiv bu matçların 22-də qələbə qazanıb, 3 dəfə heç-heçə edib.
Xatırladaq ki, UEFA Avropa Liqasında Azərbaycan təmsilçisi "Qarabağ"la birlikdə H qrupunda yer alan "qırmızı-qaralar" 6 matçın hamısında qələbə qazanıb.