Milan "İnter"i komandanın kolumbiyalı yarımmüdafiəçisi Xuan Kuadradoya əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "qara-göylər" "Brügge"nin futbolçusu Teycon Byükeni sıralarına cəlb etməkdə israrlıdır. Byükenin Kuadradonun yerini tutmağa əsas namizəd olduğu və klubların yaxın günlərdə danışıqlara başlayacağı vurğulanıb.
Xatırladaq ki, Kuadrado bu yay "Yuventus"dan ayrılaraq azad agent qismində "İnter"ə qoşulub.