"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Almaniya nəhənginin bu qış həyata keçirmək istədiyi transfer planlarından danışıb.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Yeni futbolçularla müqavilələr üzərində işləyirik. Yanvarda heyətin keyfiyyətini yaxşılaşdırmalıyıq. Əlbəttə, bu, asan iş deyil. Qışda transfer etmək həmişə çətindir. Onu da deyim ki, indiki futbolçularımıza da güvənməyə davam edəcəyik".
Qeyd edək ki, Bundesliqanın 15 turundan sonra 38 xalı olan "Bayern" hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.