"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Bekin Almaniyanın "Ayntraxt" klubu ilə münasibətləri rəsmiləşdirəcəyi tarix bəllidir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, tibbi müayinədən keçəcək niderlandlı futbolçu yanvarın 1-də Frankfurt təmsilçisi ilə icarə müqaviləsi imzalayacaq. Mənbə tərəflərin bütün detalları razılaşdırdığını vurğulayıb.
Qeyd edək ki, MY-yə 2020-ci ilin yayında, 39 milyon avro qarşılığında "Ayaks"dan transfer edilən van de Bek cari mövsüm bütün turnirlərdə cəmi 23 dəqiqə meydanda olub.