“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.
Fanat.Az-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, Xankəndi şəhər stadionundakı matçda topa ilk toxunuşu ölkə başçısı İlham Əliyev edib.
Xatırladaq ki, oyunun qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.
Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.