Braziliyanın "Qremio" klubundan ayrılan Luis Suaresin yeni iş yeri bəllidir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, uruqvaylı hücumçu ABŞ təmsilçisi "İnter Mayami" ilə razılığa gəlib. Mənbə 36 yaşlı forvardın MLS klubu ilə 1+1 sxemi üzrə müqavilə bağlayacağını vurğulayıb.
Xatırladaq ki, "İnter Mayami"də Suaresin "Barselona"da komanda yoldaşı olmuş 3 futbolçu çıxış edir: Lionel Messi, Jordi Alba və Serxio Buskets.