11:50 23.12.2023 560

“Turan Tovuz” azarkeşləri bəyanat yaydılar

“Turan Tovuz” azarkeşləri bəyanat yayıblar. 

Fanat.Az xəbər verir ki, fan klub rəhbəri Kamal Saqqayev bu addımı atmalarını belə izah edib: "Mövsümün əvvəlindən hakim ədalətsizliyi ilə üzləşirik. Dəfələrlə klubumuz rəsmi etiraz bildirsə  də səhvlər kritik həddə çatır. Məhz bu səbəbdən bəyanat yaymağı lazım bildik. Mindən çox azarkeş bəyanata imza atıb. Orda da qeyd olunduğu kimi biz ayrıcalıq istəmirik, ədalətli hakimlik tələb edirik".

Bəyanatı təqdim edirik:

“110 ildən çox tarixi olan Tovuz futbolu  nailiyyətləri və yetişdirdiyi futbolçularla yanaşı nümunəvi azarkeşləri ilə də daim özundən söz etdirib. Oynadığı liqadan, maddi vəziyətindən asılı olmayaraq daim komandasının yanında olan biz azarkeşlərin bir şüarı olub “Biz çempionluq həsrəti ilə yaşamırıq, varlığın bizə yetər”.  Komandamız 9 il Premyer Liqadan kənarda qalanda da daim tribunaları dolduran, demək olar hər tur azarkeş rekordu qıran da bizlər olmuşuq. Tovuz futbolunun Azərbaycan futbol elitasına necə yaraşdığını ötən mövsüm Premyer Liqaya vəsiqə qazandığımız gündən bütün futbol ictimaiyyəti  şahid olur. Hər ev oyunumuz dolu tribunlarla bayram ab-havasında keçir. Nəticəsindən asılı olmayaraq həm ev, həm də səfər oyunlarında komandamızı dəstəkləməyi özümüzə borc bilmişik. Yeni sponsorun gəlişindən sonra klubumuzun işıqlı gələcəyi haqda ümidlərimiz daha da artıb. Klubun uzunmüddətli inkişaf strategiyasını dəstəkləyir, Tovuz futbolunun əvvəlki əzəmətini özünə qaytaracağından şübhə etmirik.

Bütün bunlara baxmayaraq, komandamıza qarşı hakimliklə bağlı yaşanan neqativ hallar bizi çox narahat edir. Son oyunlardakı hakim səhvləri həm komandamızın vacib xallar itirməsinə səbəb olur, həm də bizi dərindən üzür. Klubumuz bununla bağlı bir neçə dəfə rəsmi etiraz bildirsə də nəticəyə təsir edən səhvlərin sayı getdikcə artır.  “Turan Tovuz” azarkeşləri olaraq AFFA-ya və futbol ictimaiyyətinə müraciət edirik. Klubumuz hər zaman olduğu kimi  ölkə futbolunun inkişafı yönündə böyük işlər görür. Fəaliyətin güzgüsü olan əsas komandamıza qarşı haqsızlığı qəbul etmirik. Hər kəsin gözü qarşısında yaşanan səhvlər bizi daha da hiddətləndirir. Odur ki, hakim səhvlərinin minimuma endirilməsi  üçün rolu olan hər kəsin öz üzərinə düşəni etməsini xahiş edirik. Ayrıcalıq istəmirik, təmiz futbol, ədalətli qərarlar tələb edirik!”

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X