“Mançester Yunayted”in müdafiəçisi Rafael Varanın qış transfer pəncərəsində klubunu dəyişəcəyi ilə bağlı məlumatlar səngimir.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu “Real Madrid”ə qayıda bilər.
Xəbərə görə, İspaniya nəhənginin iki müdafiəçisi Eder Militao və David Alaba zədələnərək sıradan çıxdıqları üçün 30 yaşlı Varana ehtiyac yaranıb. Bundan başqa, “Bayern Münhen”in də 30 yaşlı arxa xətt oyunçusun xidmətində maraqlı olduğu vurğulanıb.
Xatırladaq ki, bu mövsüm Varan “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 14 oyun keçirib və bir qol vurub.