İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində dünən keçirilən matçda (1:1) "Liverpul"un müdafiəçisi Konstantinos Tsimikası zədələyən Bukayo Saka oyundan sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Arsenal"ın cinah hücumçusunun dediklərini "Mundo Deportivo" belə çatdırıb:
"Eşitdim ki, xəstəxanaya yollanıb. Buna görə üzr istəyirəm. Əlbəttə ki, qəsdən etməmişəm. Biz onunla mübarizə zamanı çiyin-çiyinə dəydik. Dəqiq görmədim, amma ola bilsin ki, yerə pis düşüb. Sürət yığmağa kökləndiyim üçün qaydanın pozulduğunu, onun Yürgen Kloppa dəydiyini də hiss etmədim".
Qeyd edək ki, yunan futbolçunun körpücüm sümüyü sındığı üçün uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.