“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı “Qafqazinfo” yayıb.
Xəbərə görə, Mutunun yalnız anasının vəfatı ilə əlaqədar Rumıniyaya yollandığı deyilsə də, Premyer Liqanın 17-ci turunda “Qarabağ”a məğlubiyyətdən sonra rəhbərlik onunla yolları ayırmaq barədə qərar qəbul edib. Mənbə Mutunun köməkçilərinin bu gün “Kəpəz”ə qarşı keçirilən çempionat matçını ardından vətənlərinə uçacaqlarını bildirib.
Hazırda “Neftçi” rəhbərliyinin yeni baş məşqçi axtarışında olduğu vurğulanıb.