"Milan" rəhbərliyinin komandanın baş məşqçisi Stefano Piolinin postunu hansı mütəxəssisə tapşırmaq istədiyi açıqlanıb.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, klub bossları A Seriyası çərçivəsində baş tutan "Salernitana" ilə oyundan sonra komandanın lider futbolçularına zəng vuraraq Piolinin işinə münasibətlərini öyrəniblər.
Mənbə oyunçuların əksəriyyətinin Piolini dəstəklədiyini, lakin rəhbərliyin sözügedən çalışdırıcını Antoni Konte əvəzləməyi hədəflədiyini vurğulayıb. Xəbərə görə, Konte variantı alınmasa, bu post "rossonerlər"in gənclərdən ibarət komandasını çalışdıran İnyatsio Abateyə də həvalə edilə bilər.