"Barselona"nın hücumçusu Robert Levandovski karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə taxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Xəbərə görə, sözügedən ölkənin adı açıqlanmayan klubunun nümayəndəsi "Barselona" rəsmiləri ilə mümkün transferin detallarını müzakirə edib. Mənbə klub rəhbərliyinin 35 yaşlı polşalı forvardın cari mövsüm ortaya qoyduğu performansdan narazı qaldığını və onu daha məhsuldar hücumçu ilə əvəzləmək barədə düşündüyünü vurğulayıb. Levandovskinin gələn ilin yayında ərəblərə satılmaq ehtimalının yüksək olduğu bildirilib.
Qeyd edək ki, bu mövsüm "Barsa" forması ilə bütün turnirlərdə 21 matça çıxan Levandovski 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.