Albaniyanın "Eqnatiya" klubunun formasını geyinən Vüsal İsgəndərli iş yerini dəyişməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində iki Azərbaycan təmsilçisi ilə yanaşı, Türkiyənin "Boluspor" klubu da maraqlıdır.
Artıq Bolu təmsilçisi "Eqnatiya" ilə danışıqlara başlayıb.
Xatırladaq ki, Vüsalın albanlarla müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.