Kriştianu Ronaldunun İngiltərədə inşa edilməsini planlaşdırdığı dəbdəbəli CR7 otel layihəsi maliyyə problemləri və tikintiyə icazə verilməməsi səbəbindən dayandırılıb.
Fanat.Az "The Sun" istinadən xəbər verir ki, artıq Ronaldu Mançesterin mərkəzində 27 milyon funt sterlinq dəyərində lüks otel tikdirmək planından daşınıb.
Mənbənin məlumatına görə, portuqaliyalı futbolçu 2020-ci ilin dekabrında sözügedən şəhərdə 151 otaqlı otelin inşası üçün icazə alsa da, sonradan aidiyyatı qurumların tələbləri dəyişib.
Qeyd edək ki, Ronaldunun Nyu-York, Madeyra, Lissabon və Madrid şəhərlərində CR7 otelləri var.
Nahid Məmmədov