"Milan"ın sabiq çalışdırıcısı Arriqo Sakki komandanın cari mövsümdəki problemlərindən danışıb.
Fanat.Az xəbər verir ki, "Milan News" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb.
“Məşqçinin istefası ilə problemin həll olunacağını düşünmürəm. Pioli əla iş gördü, lakin işində davamlılığı, komandada sabitliyi təmin edə bilmədi. Bununla belə, deməliyəm ki, bu komanda ilə sabitliyi təmin edə biləcək kimsənin olub-olmadığını bilmirəm”.
77 yaşlı mütəxəssis vaxtı ilə "Milan", "Atletiko" (Madrid), "Parma" klublarını, həmçinin İtaliya millisini çalışdırıb.
Mirağa