“Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi yanvarın 5-də bir araya gələcək.
Hazırlığın birinci mərhələsi Bakıda həyata keçiriləcək. Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matçına çıxacaq. Yoldaşlıq oyununda rəqib “Zirə” olacaq.
Ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qələbədə ikinci mərhələyə start verəcək. Yanvarın 15-də Premyer Liqa klublarından biri ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək. Bu dəfə iki gün istirahət edəcək "Araz-Naxçıvan" yanvarın 18-dən etibarən Misli Premyer Liqasının XIX turu çərçivəsində “Qarabağ”la baş tutacaq matça hazırlaşacaq.